Partiya sədrinin cinayəti sübut edildi: həbs ediləcək?

Partiya sədrinin cinayəti sübut edildi: həbs ediləcək?

Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) sədri Anar Əsədli həbs oluna bilər.

AzerTimes Bakupost.az-a istinadla xəbər verir ki, Anar Əsədliyə qarşı irəli sürülən ittihamların sübuta yetirildiyi bildirilir. Bu isə partiya sədrinin hakim qarşısına çıxacağından xəbər verir.

Xatırladaq ki, Anar Əsədli oktyabrın 22-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmışdı. Onda məlum oldu ki, partiya sədri ilə bağlı şikayətlər var. Dünən isə DİN Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyulduğunu açıqlayıb.

DİN Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, Anar Əsədli barəsində iki nəfər şikayət edib: “Hər iki vətəndaşın şikayəti dələduzluqla bağlıdır. Anar Əsədli yalan vədlər verərək onların birindən 150 min, digərindən isə 10 min ABŞ dolları alaraq mənimsəyib. Hər iki müraciətlə bağlı Daxili İşlər Nazirliyində araşdırma aparılır”.

Teqlər: