Yeni parlament noyabrda ilk iclasını keçirəcək, lakin hər şey Mərkəzi Seçki Komissiyasının səsvermənin yekun nəticələrini nə vaxt dərc etməsindən asılıdır.
AzerTimes xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.
“Bilirsiniz ki, hazırda Mərkəzi Seçki Komissiyasında müəyyən prosedurlar aparılır, bülletenlərin hesablanması başa çatmaq üzrədir, həmçinin şikayətlərlə bağlı digər proseslər. Noyabrın ortalarında Mərkəzi Seçki Komissiyasının yekun protokolu olacaq, ondan sonra konstitusiyaya əsasən, parlament 10 gün ərzində ilk iclasa toplaşacaq”, – Papuaşvili bildirib.
Qeyd edək ki, ötən gün keçirilən seçkilərdə hakim Gürcü Arzusu Partiyası 54,2% səslə qalib gəlib.