Parlamentdən Moravetskiyə etimadsızlıq: Tusk namizəd oldu

Parlamentdən Moravetskiyə etimadsızlıq: Tusk namizəd oldu

Polşa parlamentinin aşağı palatasının deputatları Baş nazir Mateuş Moravetskinin hökumətinə etimadsızlıq göstərib.

AzerTimes xəbər verir ki, keçirilən səsvermədə etimad votumunun lehinə 190, əleyhinə isə 266 deputat səs verib.

Moravetskinin kabineti etimad votumu ala bilmədikdən sonra yeni baş nazirin və onun kabinetinin üzvlərinin seçilməsi təşəbbüsü Seymə keçir. Artıq birləşmiş müxalifət ən böyük müxalifət birliyi olan Vətəndaş Koalisiyasının lideri Donald Tusku hökumət başçısı vəzifəsinə namizəd kimi irəli sürüb.

Teqlər: