Xəbər - Elçin Mehdiyev – Trend:
Milli Məclisdə Ombudsmanın illik məruzəsi müzakirə edilir.
AzerTimes-ın məlumatına görə, məruzədə Azərbaycanda insan
hüquqlarının vəziyyəti, insan hüquqlarının qorunması istiqamətində
görülən işlərdən və əldə edilən nəticələrdən bəhs edilir.
Qeyd edilir ki, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın
rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat
səviyyəsinin qayğısına qalır.
İşğal altında olan torpaqlarımızın Müzəffər Ali Baş Komandanın
rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tərəfindən azad
edilməsi xalqımızın 30 illik həsrətinin bitməsi, BMT-nin məlum
qətnamələrinin icrasının təmini, xüsusilə məcburi köçkün həyatı
yaşamaqda olan yüz minlərlə azərbaycanlının pozulmuş hüquqlarının
bərpa edilməsi üçün zəmin yaradıb.
Beynəlxalq hüquqla tanınan ərazi bütövlüyünü təmin edən
Azərbaycan Respublikası həm regional, həm də beynəlxalq səviyyədə
sülh və sabitliyin qorunub saxlanılmasında, insan hüquqlarının
etibarlı müdafiəsində böyük rol oynayıb.