Parlamentdə Müstəqillik Günü ilə bağlı qanun layihəsi müzakirə edilir

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda 28 May – “Müstəqillik Günü” və 18 Oktyabr – “Müstəqilliyin Bərpası Günü” adlandırılaraq hər il bayram kimi qeyd ediləcək.

Trend xəbər verir ki, bu barədə məlumat “Müstəqillik Günü haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsi parlamentin müzakirəsinə çıxarılıb.

İndiyə qədər Azərbaycanda 28 May Respublika Günü kimi qeyd edilir və qeyri iş günüdür. Yeni qanun layihəsinə əsasən, 28 May Respublika Gününün adı dəyişdirilib və bundan sonra Müstəqillik Günü kimi qeyd ediləcək. 18 Oktyabr isə Dövlət Müstəqilliyi Günü kimi qeyd olunur və bu gün rəsmi iş günü hesab olunur. Dəyişiklikdən sonra 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü adlandırılacaq.

Qanun layihəsində qeyd edilib ki, 2021-ci il oktyabrın 18-də Azarbaycan Respublikasinin müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildan sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan, dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin xüsusən müstəqilliyin əldə edilməsi va bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyuk önəm kasb edir.

Teqlər: