Mayın 27-də Gürcüstan parlamenti Prezident Salome Zurabişvilinin “Xarici agentlər haqqında” qanuna vetosunu ləğv etmək proseduruna başlayacaq.
AzerTimes xəbər verir ki, bu barədə Gürcüstanın qanunverici orqanınının saytında deyilir.
Məlumata görə, həmin gün yerli vaxtla saat 09:00-da parlamentin Hüquq Məsələləri Komitəsinin iclası nəzərdə tutulub. Komitənin müzakirə etməli olduğu ilk məsələ prezidentin “Xarici agentlər haqqında” qanuna veto qoymasıdır. Komitə vetonun ləğvini təsdiqləsə, məsələ mayın 28-də plenar iclasa çıxarılacaq.