Azərbaycan Milli Məclisi 8 Noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edib.
AzerTimes xəbər verir ki, bəyanatı parlament kürsüsündən deputat Ramin Həsənov oxuyub.
Bəyanatda qeyd edilir ki, 44 günlük Zəfər tarixi müstəsna əhəmiyyətli hadisələrindən biridir.
30 il işğal altında saxlanılan ərazilərin işğaldan azad edilməsi, ərazi bütövlüyü məsələsində xalqımızın haqsızlıqla barışmadığını göstərmişdi.
Yenilməz Sərkərdə və liderinin rəhbərliyi ilə qələbə qazanan xalqımız onunla heç kimin güc dilində danışmayacağını ortaya qoymuşdu.
Soydaşlarımız 30 il ərzində öz ata-baba torpaqlarından uzaq düşmüş, I Qarabağ müharibəsi zamanı 4 minə yaxın azərbaycanlının taleyi hələ də məlum deyil.
Düşmən beynəlxalq konvensiyaların tələblərini pozaraq soyqrım, hərbi cinayətlərŞ mülki insanlara qarşı terror aktları törədib, mədəni və maddi irsimizi məhv edib.
Bəyanatda qeyd edilir ki, işğaldan azad edilən ərazilərdə böyük tikinti, bərpa işləri həyata keçirilir.
Milli Məclis Ermənistanı yaranan tarixi imkan və şəraiti düzgün dəyərləndirməyə çağırır. Bildirir ki, 5 təməl prinsipi əsasında aparılan sülh danışıqları etimadı möhkəmlətməyə və qısa müddətə sülh sazişinin bağlanmasına gətirib çıxara bilər.
Sənəddə qeyd edilir ki, Azərbaycan və Ermənistan arasında münasibətlər suverenlik, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin qarşılıqlı tanınması və buna hörmət edilməsi əsasında ola bilər.