Əgər İsrailin hücumuna cavab verməsək, daha təhlükəli hadisələr baş verəcək.
AzerTimes xəbər verir ki, bunu İran parlamentinin Təhlükəsizlik Komissiyasının üzvü Cəlil Rəhimi Cahanabadi deyib.
“İsrail Dəməşqdəki İran konsulluğunun binasına hücum etməklə Qəzzada İranla vuruşduğunu və Tehranın HƏMAS və Fələstin xalqının arxasında olduğunu demək istəyir. Sionist rejim açıq şəkildə hücum etdiyi zaman müvafiq cavab verilməlidir, çünki əks halda vəziyyət şiddətlənəcək və daha da təhlükəli hadisələr baş verəcək”, – o bildirib.