Parlament TV yayımçıları üçün rüsumun azaldılması ilə bağlı layihəni ikinci oxunuşda təsdiqlədi

Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət rüsumu
haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanuna
dəyişikliklərlə bağlı qanun layihələri ikinci oxunuşda müzakirəyə
çıxarılıb.

AzerTimes-ın məlumatına görə, diqqətə çatdırılıb ki, hər iki qanun
layihələrinə dəyişiklik “Media haqqında” Azərbaycan Respublikasının
Qanununa əsasən hazırlanıb və teleradio yayımı subyektlərinin
adıçəkilən qanunla müəyyən edilmiş audiovizual media subyektlərinin
təsnifatına uyğunlaşdırılıb.

“Media haqqında” Qanuna uyğunlaşdırılaraq “Dövlət rüsumu
haqqında” Qanunun 22-ci maddəsində müvafiq dəyişikliklər
edilmişdir. Bu dəyişikliklər bəzi rüsumların məbləğində öz əksini
tapmışdır. Müvafiq düzəlişləri nəzərə alaraq “ümumrespublika
televiziya yayımı”, “ümumölkə yerüstü televiziya yayımçısı” ifadəsi
ilə əvəz edilir və dövlət rüsumunun məbləği 10 dəfə azaldılaraq
5000 manat təsbit olunur. Digər maddələrdə isə hər iki Qanuna
təklif olunan dəyişikliklər əsasən dəqiqləşdirmə xarakteri
daşıyır.

Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq qəbul
edilib.

Teqlər: