Parlament sistemində islahatlar barədə düşünürəm – Qazaxıstan prezidenti

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev parlament sistemində islahatlar barədə düşündüyünü açıqlayıb.

Trend xəbər verir ki, K.J.Tokayev bunu yerli KİV-ə müsahibəsində bildirib.

“Sanki gələcəkdə hansısa hadisələri qabaqlayırmış kimi deyə bilərəm ki, mən ölkəmizdə parlament sistemində və təbii ki, partiya sistemində islahatlar aparmaq barədə ciddi düşünürəm.

Mən, bir dövlət başçısı kimi, bunu yanvarın 28-də partiyanın qurultayında da dedim, hesab edirəm ki, bütün ictimai-partiya və siyasi strukturlardan bir qədər yüksəkdə dayanmalıyam. Müxtəlif ictimai-siyasi qüvvələri dövlətimizin maraqlarının diktə edəcəyi mövqeləri baxımından ortaq məxrəcə gətirmək üçün bir növ maqnit rolunu oynamalıyam”, – deyə Qazaxıstan prezidenti vurğulayıb.

Teqlər: