Parlament seçkiləri bu tarixdə keçiriləcək

Parlament seçkiləri bu tarixdə keçiriləcək

YAP-dan olan millət vəkilləri parlament sədrinə müraciət edərək, seçkilərin 2 ay əvvələ keçirilməsini təklif edib.

AzerTimes xəbər verir ki, bununla bağlı YAP-ın bu gün keçirilən qapalı iclasında bildirilib.

Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri 2024-cü il noyabrında keçirilməli idi. Amma həmin ay Azərbaycanda COP29-un tədbiri keçiriləcək. Bu baxımdan, növbədənkənar parlament seçkilərinin sentyabr ayında keçirilməsi gözlənilir.

Azərbaycan Konstitusiyasının V fəslinin 84-cü maddəsinin ikinci bəndində göstərilir ki, Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Əgər, təklif qəbul edilərsə, seçkilərin 1 yaxud 8 sentyabrda keçiriləcəyi gözlənilir.

Teqlər: