Milli Məclisin komitələrinin Şuşa şəhərində keçiriləcək
iclaslarının qrafiki müəyyən olunub və bu qrafiklər komitə
sədrlərinə təqdim ediləcək.
AzerTimes-ın məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə
Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, aprel ayından etibarən Milli Məclisin komitə
iclaslarının Şuşada keçirilməsinə başlanılıb və artıq iki komitə
Şuşada iclas keçirib.
S.Qafarova vurğulayıb ki, Milli Məclisin komitələrinin Şuşada
iclasının keçirilməsi “Şuşa ili”nə töhfə vermək niyyəti
daşıyır.