Parlament DSMF-nin büdcəsinə dəyişiklikləri təsdiqlədi

Parlament DSMF-nin büdcəsinə dəyişiklikləri təsdiqlədi

Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun (DSMF) 2024-cü il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

AzerTimes xəbər verir ki, sənədi parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib.

DSMF-nin 2024-cü il üçün büdcəsində qeyri-büdcə sektoru üzrə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolma məbləği dürüstləşdirilərək 190 milyon manat artırılıb və 3387,1 milyon manatdan 3577,1 milyon manata çatdırılıb.

Eyni zamanda əmək pensiyalarının ödənilməsi xərclərinin məbləği 25 milyon manat artılaraq 6 milyard 500 milyon manatdan 6 milyard 525 milyon manata çatdırılması təklif olunub.

Fondun xərcləri 30 milyon manat və yaxud 0,4% artırılaraq 6 milyard 949,9 milyon manata çatdırılıb.

Nəticədə Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin (transfert) məbləği 160 milyon manat azaldılaraq 1 milyard 232 milyon manat təşkil edəcək.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul olunub.

Teqlər: