Parlament azlığına buna görə vəzifələr verildi – Ekspert

Parlament azlığına buna görə vəzifələr verildi – Ekspert

Xəbər verdiyimiz kimi, bu gün VII çağırış Milli Məclisin ilk iclasında parlamentin spiker və vitse-spikerləri, komitə sədrləri və müavinləri seçilib. İclasda diqqət çəkən məqam parlament azlığına vəzifələrin verilməsidir. Müxalifətin parlamentdəki sayının fraksiya yaratmaq üçün belə kifayət etmədiyi halda, 15 komitədən birinin sədri müxalifət təmsilçisi olub. Həmçinin 4 partiya sədri komitə sədrinin müavini seçilib.

Mövzu ilə bağlı AzerTimes-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, bu, parlamentdə müxtəlif rəylərin nəzərə alınması baxımından doğru yanaşmadır.

“Parlamentdə komitələrin mütləq əksəriyyəti hakim Yeni Azərbaycan Partiyasına məxsusdur. Parlamentdə müstəqil və müxalif deputatlar da olduğundan, onlar kənarda qalmayıb. Müstəqil və müxalifət deputatlar sədarətdə də təmsil olunublar. Parlamentdə müxtəlif rəylərin nəzərə alınması baxımından bu, doğru yanaşmadır. Gələcəkdə müxalifət fraksiyasının yaradılması parlamentdə sağlam polemikaya təkan verərdi”, – o əlavə edib.

Teqlər: