Parkinqlərdə elektromobillər üçün enerjiyığma stansiyaları quraşdırılacaq

Azərbaycanda elektromobillərin istifadəsi üçün infrastrukturun
genişləndirilməsi planlaşdırılır.

Trend-in məlumatına görə, bunu Energetika
Nazirliyinin nümayəndəsi Rauf Qurbanov “Azərbaycanda ekoloji təmiz
avtomobillərin istismarı və təmiz ətraf mühit” adlı mətbuat
konfransında deyib.

Onun sözlərinə görə, parklanma yerlərində elektromobillər üçün
müvafiq infrastrukturun yaradılması nəzərdə tutulur.

“Bundan başqa, avtomobil dayanacaqlarında elektromobil və hibrid
avtomobillər üçün səyyar enerjiyığma stansiyalarının quraşdırılması
üzrə işlər planlaşdırılır. Həmçinin, ekoloji təmiz avtomobillərin
ödənişli yolların istifadəsi zamanı güzəştlər də nəzərdə tutulur” –
o deyib.

R.Qurbanov əlavə edib ki, bu gün Azərbaycanda elektromobillər
üçün 33 enerjiyığma stansiyası fəaliyyət göstərir. Onlardan 22-i
Bakıda, 11 regionlarda yerləşir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: