Rusiyanın Moskva vilayətində “Patriot” parkında ildırım vurması nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.
AzerTimes Oxu.Az-a istinadən xəbər verir ki, zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.
“Hazırda bir nəfərin vəziyyəti ağır qiymətləndirilir, daha iki nəfərin vəziyyəti orta ağırdır”, – deyə idarədən bildirilib.
Üç qurbandan biri – 67 yaşlı kişi kliniki ölüm keçirib. Ona həmçinin kəllə-beyin travması diaqnozu qoyulub. Digər qurbana beyin silkələnməsi və kəllə-beyin travması diaqnozu qoyulub.
Eyni zamanda, mənbənin sözlərinə görə, ildırım vurması nəticəsində xəsarət alan iki qadının vəziyyəti qənaətbəxşdir.