Fransanın paytaxtı Parisin mərkəzində polislər avtomobilə atəş
açıb.
Trend xəbər verir ki, insident Pon-Nef körpüsündə baş verib.
Sürücü polislər tələbi ilə avtomobili saxlasa da, daha sonra
yoxlama zamanı qəfil avtomobili polislərin üzərinə sürüb.
Polislərdən biri özünümüdafiə məqsədi ilə atəş açmaq
məcburiyyətində qalıb. İnsident nəticəsində 2 nəfər həlak olub, 1
nəfər isə xəsarət alıb.