Fransanın hava hücumundan müdafiə sistemi Ermənistan vasitəsilə Rusiyaya göndəriləcək və orada İranla əməkdaşlıq çərçivəsində yenidən qurulacaq.
AzerTimes xəbər verir ki, bu barədə Kanada Qlobal Münasibətlər İnstitutunun elmi işçisi Robert Katler X hesabında yazıb.
Katlerin sözlərinə görə, bu sistemlər yenidən Ukrayna və İsrailə qarşı yerləşdiriləcək:
“Əgər bu məsələyə hər hansı bir şübhəniz varsa, Rusiya sözün əsl mənasında Ermənistanın hava hücumundan müdafiəsinə rəhbərlik edir və bunu onlar üçün idarə edir”.