Parisə ümid etməyin, Bakısız mümkün deyil – Badalyan

Parisə ümid etməyin, Bakısız mümkün deyil – Badalyan

Ermənistanda növbədənkənar parlament seçkisinin keçirilməsi ehtimalı azdır. İstənilən halda burada ictimai əhval-ruhiyyə əsasdır, lakin növbədənkənar seçkiyə ictimai tələb yoxdur. Əksəriyyət hakimiyyətin dəyişməsini istərdi, lakin bu istək özlüyündə o demək deyil ki, belə addımlar atmaq olar, aydın perspektiv olmalıdır.

AzerTimes xəbər verir ki, bunu erməni politoloq Akop Badalyan deyib.

“Özümüzü aldatmayaq: Ermənistanda xarici təsir həmişə yüksək olub. İrəvanda hakimiyyətdə qalmaq məsələsi xarici mühitdən asılı olacaq və bu gün İrəvanda yaranmış vəziyyət hamı üçün faydalıdır. Bundan başqa Ermənistanda doğrudan da hakimiyyətə gəlib məsuliyyəti öz üzərinə götürmək istəyən siyasi qüvvə yoxdur. İndi Paşinyan Qərbi regiona cəlb etməyə çalışır, amma Qərbin buna imkanı və istəyi yoxdur, hər şey söz üzərində qurulub, praktikada konkret addım görünmür. Ermənistan KTMT əleyhinə bəyanatlarla Qərbi məcbur etməyə çalışır, Qərb isə sadə bəyanatlarla cavab verir. Cənubi Qafqazda Rusiya olmasa belə, regiona gələn istənilən yeni oyunçu Türkiyə və Azərbaycanla razılığa gəlməlidir. Yalnız bu halda təhlükəsizlik sahəsində yeni oyunçu meydana çıxa bilər. Söhbət Fransadan gedir. Ona görə də bizim xəyali məntiqimizlə bu ola bilməz. Rusiya yoxdursa, o zaman bu, Türkiyə, Azərbaycan və İranla müqaviləsi olan ölkə olmalıdır. Hazırda Ermənistan hakimiyyəti öz bəyanatları ilə bizi illüziyalara qərq edir. İllüziyaların tələsinə düşməmək və fəlakətdən qaçmaq üçün vəziyyəti dəyərləndirməyi bacarmalıyıq”, – o bildirib.

Teqlər: