Qırıcı təyyarə eskadrilyası və Qərb pilotlarının göndərilməsi Ukraynaya NATO qoşunlarının yeridilməsindən qat-qat effektiv olardı.
AzerTimes xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert Yevgeni Diki deyib.
“Hərbi nöqteyi-nəzərindən çıxış etsək, burada fransız qoşunlarına ehtiyac olduğunu düşünmürəm. Onlar müharibə təcrübəsinə sahib deyil. Müharibə çox qorxuludur. Müharibədə itki olacağı birmənalıdır. İlk tabutlar Parisə gedəndə Fransada nələrin baş verəcəyini təsəvvür etmək çətindir. Ona görə də, məncə, bu, (NATO qoşunu göndərilməsi – red.) lazım deyil”, – deyə ekspert bildirib.