Parisdən cənubda yerləşən Masi şəhərinin yaxınlığında baş verən torpaq çökməsi dəmir yolu xəttinin zədələnməsinə və yüksək sürət qatarlarının (TGV) hərəkatının dayandırılmasına səbəb olub.
AzerTimes-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə İl-de-Frans bölgəsinin xilasetmə xidməti “Twitter” səhifəsində yazıb.
Bildirilir ki, hadisə nəticəsində bir nəfər dünyasını dəyişib. Dəmir yolu xəttinin sıradan çıxması reyslərin təxirə salınmasına və 70-ə yaxın ekspress sürət gatarlarının dayanmasına səbəb olub.