Fevralın 12-də Parisdə minlərlə müxalif iranlının iştirakı ilə Tehran rejiminə qarşı geniş nümayiş keçirilib.
AzerTimes xəbər verir ki, aksiya Xalq Mücahidləri Təşkilatının təşəbbüsü ilə baş tutub.
Aksiya iştirakçılarınin etirazı İranda hökumət əleyhinə nümayişlərin yatırılması və SEPAH-ın terror təşkilatları siyahısına daxil edilməsi olub. Aksiyaçılar bunun üçün Avropa Birliyi ölkələrinə müraciət ediblər.