Parisdə Respublika Gününə həsr edilmiş virtual konsert təşkil edilib (FOTO)

Fransa Azərbaycanlılarının Koordinasiya Şurasının, Azərbaycanın Fransadakı səfirliyinin və UNESKO-dakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə Paris şəhərində 28 May – Respublika Gününün 103-cü ildönümünə həsr olunmuş virtual konsert keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində təşkil edilən konsertdə tanınmış musiqiçilər, Azərbaycan diasporunun fəal nümayəndələri Səidə Zülfüqarova (fortepiano), Etibar Əsədli (fortepiano), Gabriel Chalik (skripka) və Səddam Novruzbəyov (balaban) çıxış ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə xalq və bəstəkar mahnıları ifa edilib.

Teqlər: