Fransanın paytaxtı Parisdə hökumətin pensiya islahatına qarşı təşkil edilən aksiyada iştirak edən etirazçıların sayı 6 mini keçib.
AzerTimes xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.
Nümayişçilərlə polis əməkdaşları arasında bir neçə dəfə toqquşma olub.
Aqressiv aksiya iştirakçıları polisi təhqir edib, hüquq-mühafizə orqanlarının əməkdaşlarına pirotexniki vasitələr atıblar.
Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.