Parisdə kütləvi iğtişaşlar: ölü və yaralılar var – Video

Parisdə kütləvi iğtişaşlar: ölü və yaralılar var – Video

PSJ klubunun Çempionlar Liqasını qazanmasını bayram edən azarkeşlər Parisdə kütləvi iğtişaşlar törədib.

AzerTimes xəbər verir ki, bu barədə TF1 telekanalı məlumat yayıb.

Məlumata görə, iğtişaşlar nəticəsində 2 nəfər ölüb, 92 nəfər isə yaralanıb.

Ölkə boyu 427 nəfər isə polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, dünən PSJ klubu İtaliyanın “İnter” klubunu darmadağın edərək tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub.

Teqlər: