
Parisdə naməlum şəxs Janna Darkın atlı heykəlindəki qılıncı oğurlayıb.
AzerTimes xəbər verir ki, bu barədə Fransanın “Europe 1” nəşri məlumat yayıb.
“Yerli vaxtla səhər saat 10:00 radələrində (Bakı vaxtı ilə 13:00) bir kişi Janna Darkın heykəlinə dırmaşıb, sonra qılıncın tiyəsini qırıb və hadisə yerindən qaçıb.
Şübhəli şəxs vandalizm və ictimai əmlakı oğurlamaqda ittiham olunaraq polis tərəfindən həbs edilib”, – məlumatda bildirilib.

