Fransanın paytaxtı Parisdə pensiya islahatlarına qarşı etiraz aksiyası davam edir.
AzerTimes xəbər verir ki, nümayişlər zamanı 14 nəfər polis tərəfindən saxlanılıb.
“Etiraz aksiyası zamanı polis ümumilikdə 2000-dən çox yoxlama həyata keçirib. Bıçaq, pirotexnik vasitələr və fişənglər ələ keçirilib”, – məlumatda qeyd olunub.