Parisdə cüdo yarışında maraqlı hadisə: 62 kq-lıq fərq – Video

Parisdə cüdo yarışında maraqlı hadisə: 62 kq-lıq fərq – Video

Paris-2024 Yay Olimpiya Oyunları maraqlı hadisə ilə əlamətdar olub.

AzerTimes Oxu.az-a istinadən xəbər verir ki, bu, cüdo üzrə qarışıq komanda yarışında baş verib.

Ötən gün baş tutan 1/4 final görüşündə fransalı, 145 kq çəkiyə malik əfsanəvi Teddi Riner asiyalı Cun-Xvan Li ilə qarşılaşıb. Koreyalı adətən 81 kq çəkidə mübarizə aparır. Məşhur “Ekip” nəşri qarşılaşma vaxtı onlar arasında çəki fərqinin 62 kq-a çatdığını açıqlayıb. Riner özündən xeyli yüngül çəkiyə malik rəqibinə qalib gəlməkdə çətinlik çəkməyib.

Teqlər: