Parisdə ara qarışdı: Kürdlərlə polis arasında toqquşma…

Parisdə ara qarışdı: Kürdlərlə polis arasında toqquşma…

Parisdə kürdlərin nümayişi zamanı 11 nəfər saxlanılıb, 30-dan çox hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.

AzerTimes xəbər verir ki, bu barədə “Mk.ru” məlumat verib.

Məlumata görə, minlərlə kürd şənbə günü Respublika meydanına toplaşıb. Onlar ötən gün Parisin 10-cu rayonunda baş verən atışma ilə bağlı etiraz ediblər. Etirazçılar hadisəni cəmiyyətə qarşı yönəlmiş terror aktı hesab edirlər.

Kürdlərin nümayişi qısa zamanda polislə toqquşmaya çevrilib. İştirakçılar, avtomobilləri aşırıb, zibil qutularını yandırıb, polis əməkdaşlarına daş atıblar. Asayiş keşikçiləri hiddətlənən kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etməli olublar.

Teqlər: