Parisdəki Olimpiya oyunlarında 40-dan çox idmançı COVİD-19-a yoluxub. Bütün dünyada xəstəliyə yoluxanların sayının artması həyəcan doğurur.
AzerTimes Konkret.az-a istinadən xəbər verir ki, bu barədə ÜST-nin nümayəndəsi Mariya Van Kerkhove Cenevrədə keçirilən brifinqdə bildirib.
“Mövsümdən asılı olmayaraq, son aylarda bir çox ölkələrdə, o cümlədən Olimpiya Oyunlarında COVİD-19-a yoluxma hallarında artım müşahidə olunub, burada ən azı 40 idmançıda testlər müsbət nəticə verib”, – ÜST nümayəndəsi bildirib.