Parisdə 150 mindən çox insan pensiya islahatına qarşı yürüş keçirib.
AzerTimes xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.
Məlumata görə, aksiya pensiya yaşının 62-dən 64-ə qaldırılmasına qarşı keçirilib.
İştirakçılar “60-da pensiya!”, “ Makron, biz sənin islahatını istəmirik”, “Kəskin kapitalizm” şüarları səsləndiriblər.
Qeyd edək ki, polis aksiyaya sərt müdaxilə edib və etirazçılara zorakılıq tətbiq edib. Nəticədə onlarla insan xəsarət alıb.