Paris Sazişindən beş il sonra, Hindistan “yaşıl” hədəflərinə çatan, eyni zamanda iqlimlə bağlı daha çox hədəfləri olan inkişaf etməkdə olan ölkələr arasındadır.
Trend xəbər verir ki, bunu Hindistanın Xarici İşlər üzrə katibi Harş V.Şringla deyib. Onun sözlərinə görə, Baş nazir Narendra Modi ən son keçirilən İqlim Hədəfi sammitində Hindistanın bu məsələ ilə bağlı yanaşmasını dilə gətirdi. O qeyd etdi ki, biz keçmişi unutmamalıyıq, eyni zamanda hədəflərimizi “daha da yüksəklərə” qaldırmalıyıq. O əlavə olaraq bildirdi ki, Hindistan Paris Sazişinin müəyyən etdiyi hədəflərə nəinki nail olacaq, hətta onları daha da genişləndirəcək.
2019-cu ildə Birləşmiş Millətlər Təşkilatının İqlim Tədbirləri Sammitində Modi kiçik praktikanın geniş şəkildə edilən təbliğdən daha çox dəyərli olduğunu söylədi. İqlimlə bağlı görülən işlərdə və hədəflərdə lider olmaq istiqamətində aparılan və bütün cəmiyyəti əhatə edən tədbirlər zamanı enerji, sənaye, nəqliyyat, kənd təsərrüfatı və yaşıl sahələrin qorunması daxil olmaqla bütün sahələrdə praktik addımlar atırıq.
Hindistan iqlim dəyişikliyinin ayrı-ayrılıqda həll edilə bilməyəcəyini qəbul edir. Bu, inteqrasiya olunmuş, hərtərəfli və vahid bir yanaşma tələb edir. Yenilik və yeni və davamlı texnologiyaların qəbul edilməsi tələb olunur. Bu zəruriyyətlərdən xəbərdar olan Hindistan, milli inkişaf və sənaye strategiyalarında iqlimi əsas istiqamətə çevirib.
Enerji bütün iqlim strategiyalarının mərkəzində dayanır. Biz, Hindistanın təmiz enerji mərkəzinə çevrildiyinə və karbon dioksid istehsal edən mənbələrdən yenidən bərpa olunan və fosil yanacaqla əlaqəsi olmayan mənbələrə enerji keçidində lider olduğuna inanırıq.
Hindistanın bərpa olunan enerji potensialından səmərəli şəkildə istifadə etməyə davam edirik. Yenidən bərpa olunan enerji potensialımız dünya üzrə dördüncü yerdə dayanır və dünyada potensialın artırılması üzrə həyata keçirilən ən böyük işlərdən biridir. Bunun əsas hissəsi ən təmiz enerji mənbəyi olan günəşdən gələcəkdir.
Biz artıq inkişaf görürük. Bizim əvvəl 2022-ci ilə qədər 175 qiqavat gücündə bərpa olunan enerji potensialımız var idi. Daha da irəli getdik və önümüzdəki iki il 220 qiqavat gücünü keçəcəyimizi gözləyirik. 2030-cu ilədək 450 qiqavat kimi iddialı bir hədəfimiz var.
Hindistanda elektrik enerjisinin 40%-in 2030-cu ilə qədər fosil yanacaqla əlaqəsi olmayan yanacaq mənbələrindən təmin edilməsini həyata keçirmək üçün çalışırıq. Təmiz enerji ilə bağlı edilən bu cəhd iqtisadiyyatımızda 2030-cu ilə qədər emissiya intensivliyini 33-35%-ə qədər azaltmaq üçün (2005- cil səviyyələrindən) paralel şəkildə hərəkət edir.
LED lampaların istifadəsi istiqamətində milli cəhd kimi Ucvala layihəsi ilə karbon dioksid emissiyaları hər il 38,5 milyon tonadək azalır. 80 milyondan çox ailənin təmiz qaz ilə təmin edən Ucvala layihəsi dünyanın ən böyük təmiz enerji təşəbbüslərindən biridir.
İqlimlə bağlı görülən işlər və davamlılıq bir çox sektorda hökumət layihələrində istifadə olunur. “Ağıllı şəhərlər” missiyamız, daha davamlı olmalarına və iqlim dəyişikliyi ilə bağlı yaranan çətinliklərə uyğunlaşmalarına köməklik göstərmək üçün 100 şəhərlə birgə işləyir. Milli Təmiz Hava Proqramı önümüzdəki dörd il ərzində havanın çirklənməsinin 20-30 %-ədək azaldılması məqsədini daşıyır.
2024-cü ilədək Hindistanın kənd yerlərində bütün ailələri fərdi ev kranı ilə təmin edərək onları güvənli və yetərli miqdarda içməli su ilə təmin etməyi hədəfləyən “Cal Ceevan” missiyası güclü davamlılığa diqqət yetirir.
2,5-3 milyard ton karbon dioksidi uda bilən karbon “çanağ”ını yaratmaq üçün daha çox ağac əkilir və tənəzzülə uğramış torpaqlar geri alınır.
Biz həmçinin yaşıl nəqliyyat şəbəkəsi yaratmaq, xüsusilə böyük şəhərlərimizdə çirkləndirici tullantıları ilə tanınan bir sektorda balans yaratmaq üçün sürətlə işləyirik.
Hindistan kütləvi tranzit sistemləri, yaşıl magistral yolları və su yolları kimi yeni nəsil infrastruktur qurur. Milli elektrik mobilliyi planı, Hindistanın yollarında bütün nəqliyyat vasitələrinin 30% -dən çoxunun elektrikli olması məqsədi ilə elektron hərəkətlilik ekosistemi yaradır.
Hindistan, iqlim dəyişikliyinin təsirinə məruz qalan ən həssas ölkələr siyahısında olduğu üçün bu təşəbbüslər bizim xeyrimizədir.
Qarşımızda hələ çox uzun bir yolun olduğunu başa düşürük, lakin bu səylər artıq fayda verir. Hindistanın emissiya intensivliyi 2005-2014-cü illərdə 21%-ədək azalmışdır. Növbəti on ildə biz, daha da böyük azalmalar gözləyirik.
Hindistan iqlim sahəsində məsuliyyətli bir qlobal üzv ölkə olmaq niyyətindədir. Biz sadəcə Paris sazişinə əsasən qoyulan tələblərdən daha çox işlər görmürük. İqlimlə bağlı görülən tədbirlərdə beynəlxalq əməkdaşlığı inkişaf etdirmək üçün yenilikçi vasitələri qəbul edirik.
Beynəlxalq Günəş İttifaqı və Fəlakətə Davamlı İnfrastruktur Koalisiyası kimi az miqdarlı qlobal karbonlu vasitələrin yaradılması üzərində işləyən beynəlxalq təşkilatlar yaratdıq. 80-dən çox ölkə Beynəlxalq Günəş İttifaqına qoşularaq onu ən sürətlə böyüyən beynəlxalq qurumlardan birinə çevirdi.
Milli tədbirlərin və məsuliyyətli qlobal üzv ölkə olmağın birləşməsi Hindistanı inkişaf etməkdə olan ölkələr arasında bənzərsiz edir və iqlim mövzusunda düşüncə və fəaliyyət istiqamətində lider olmaq hədəfini reallaşdırmağa istiqamətləndirir.
Harş Vardhan Şringla Hindistan Xarici İşlər üzrə katibidir. İfadə etdiyi fikirlər şəxsi xarakter daşıyır.