Parisdə keçiriləcək Olimpiya oyunlarında Rusiya bayrağının nümayişinə icazə verilməyəcək.
AzerTimes xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
“Paris Olimpiya oyunlarında Rusiya bayrağı ola bilməz. Rusiyanın müharibə cinayətləri törətdiyi bir vaxtda 2024-cü il Olimpiadasında yeri yoxdur”, – o bildirib.
Makron qeyd edib ki, rusiyalı idmançıların Olimpiya oyunlarında fərdi iştirakı ilə bağlı qərar Beynəlxalq Olimpiya Komitəsinə məxsusdur.