Fransanın Qarabağdakı ermənilərə göndərdiyi “humanitar yardım” TIR-larını müşayiət edən Paris meri Ann İdalqonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan sərhədinə gəlib.
AzerTimes xəbər verir ki, bu haqda Ermənistan mətbuatı məlumat yayıb.
İdalqo özünün X səhifəsindəki Prezident Makronun ölkəmiz barəsində başladığı qarayaxma kampaniyasına davam etdirib.
“Mən Parisin və digər icmaların rəsmiləri ilə Ermənistandayam. Doqquz ay ərzində 120 min “artsax ermənisi”, o cümlədən 30 min uşaq təcrid edildi, ac qaldı, hər şeydən məhrum olundu. Bu humanitar fəlakətlə üzləşdiyimiz üçün biz onlara təcili yardım göstəririk. Vaxt tükənir”, – Paris meri qeyd edib.