Fransa xarici işlər naziri Stefan Sejurne Ermənistanı Rusiyanın təzyiqindən qorumağa söz verib.
AzerTimes xəbər verir ki, fransız nazir bunu demokratik Avropa dəyərlərinin müdafiəsi kontekstində İrəvanda keçirilən mətbuat konfransında səsləndirib.
“Rusiyanın təhdidlərinə və aşkar düşmənçiliyinə baxmayaraq, erməni xalqına və hökumətinə dəstək veriləcək. Demokratik dəyərlərin qorunmasında hər zaman bizim köməyimizə arxalana bilərsiniz. Fransa bu dəyərlər uğrunda mübarizə aparan bütün ölkələrə yardım edir. Fransa hər zaman sizə yaxındır. Fransada siyasi qüvvələr arasında razılığın olduğu mövzular azdır. Ermənistan azsaylı belə mövzulardan biridir”, – Sejurne bildirib.