“Paris-2024” Yay Olimpiya Oyunlarının bağlanış mərasimində Ukrayna bayrağını soydaşımız, güləşçi Pərviz Nəsibov daşıyacaq.
AzerTimes xəbər verir ki, Ukrayna millisinin bayrağını soydaşımızla yanaşı avarçəkmə üzrə medal qazanmış Lüdmila Luzan da daşıyacaq.
Qeyd edək ki, Azərbaycan əsillı yunan-Roma güləşçisi Pərviz Nəsibov “Paris-2024” Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.