Paris-2024: Türkiyəli atletin qızıl medalı əlindən alındı

Paris-2024: Türkiyəli atletin qızıl medalı əlindən alındı

Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan türkiyəli atlet Sərkan Yıldırımın medalı Beynəlxalq Paralimpiya Komitəsinin etirazı nəticəsində geri alınıb.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, buna səbəb Beynəlxalq Paralimpiya Komitəsinin məhkəməyə şikayət etməsi olub.

Belə ki, S.Yıldırımın yarışlara uyğun olmadığı, eyni zamanda hər hansısa xüsusi bir məhdudiyyətinin də olmadığı aşkarlanıb.

Türkiyə Milli Paralimpiya Komitəsi isə idmançının medalının geri alınması ilə bağlı etirazı qəbul etməyib və məhkəməyə şikayət edib.

Qeyd edək ki, S.Yıldırım 100 metr məsafəyə T12 kateqoriyasında yarışlarda qızıl medal qazanıb.

Teqlər: