Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
AzerTimes xəbər verir ki, 50 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində almaniyalı Anastasiya Blayvasla üz-üzə gəlib.
Rəqibinə qalib gələn Stadnik 1/4 finala vəsiqə qazanıb.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.