Paris-2024 Yay Olimpiya Oyunlarında sərbəst güləş yarışlarının ikinci gününün püşkü atılıb.
AzerTimes İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycan güləşçilərinin də rəqibləri bəlli olub.
74 kq çəkidə çıxış edən Turan Bayramov albaniyalı Çermen Valiyevlə görüşəcək. 125 kq çəkidə mübarizə aparan Giorgi Meşvildişvili isə Diaeldin Abdelmottaleblə (Misir) qarşılaşacaq. Hər iki güləşçimiz yarışa 1/8 finaldan başlayacaq.
Qeyd edək ki, bu iki çəkidə yarışa sabah start veriləcək.