Futbol üzrə olimpiya turnirinin 1/4 final matçından sonra Fransa və Argentina yığmalarının futbolçuları arasında dava düşüb.
AzerTimes xəbər verir ki, Bordoda baş tutan görüş fransızların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmadan sonra hər iki komandanın bir neçə futbolçusu arasında əlbəyaxa dava düşüb.
Davaya səbəb Argentina himninin fitə basılması və azarkeşlərin irqçi şüarlar səsləndirməsi səbəb olub.
Qeyd edək ki, yarımfinalda Fransa yığması Misirlə qarşılaşacaq.