Paris-2024 Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi yarışlarında növbəti günün püşkatması keçirilib.
AzerTimes İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycanın daha iki pəhləvanının rəqibi bəlli olub.
Həsrət Cəfərov (67 kq) Misiri təmsil edən Məhəmməd Eısayedlə qarşılaşacaq. Rafiq Hüseynov (87 kq) isə macarıstanlı David Loşontsi ilə üz-üzə gələcək. Hər iki idmançımız mübarizəyə 1/8 finaldan qoşulacaq.
Qeyd edək ki, olimpiadanın yunan-Roma güləşi yarışlarının arxada qalan hissəsində Murad Məmmədov (60 kq), Sənan Süleymanov (77 kq) və Sabah Şəriəti (120 kq) xalça üzərinə çıxıb. Murad ilk görüşdə uduzsa da, Sənan yarımfinala yüksəlib, Sabah isə bürünc uğrunda qarşılaşmaya çıxacaq.