Bu gün Azərbaycanın iki idmançısı və qadınlardan ibarət 3×3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edəcək.
AzerTimes xəbər verir ki, ilk olaraq avarçəkənimiz Diana Dımçenko mübarizəyə start verəcək.
Təmsilçimiz C finalında 13-18-ci yerlər uğrunda mübarizə aparacaq.
Daha sonra Məryəm Şeyxəlizadəxangah 50 metr məsafəyə sərbəst üsulla üzmək üzrə təsnifat mərhələsinə qatılacaq.
Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi 7-ci matçında Kanada ilə üz-üzə gələcək. Bununla da Ratomir Deliçin yetirmələri qrupdakı görüşlərini başa vuracaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.