Braziliyalı atlet Almir Dos Santos Parisdə keçirilən Olimpiya Oyunlarında üç təkanla tullanma üzrə finaldakı çıxışını başa vurduqdan sonra stadionda sevgilisinə evlənmə təklifi edib.
AzerTimes xəbər verir ki, idmançının sevgilisi təklifi müsbət cavablandırıb.
Dos Santos hündürlüyə tullanma üzrə yarışlarda 11-ci yeri tutub. Onun ən yaxşı cəhdi 16,41 metr olub.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.