Paraqvayda zəhərsiz ilanların yeni növü aşkar edilib

Paraqvayın Bioloji Tədqiqatlar İnstitutunun əməkdaşları “Guyra
Paraguay” və “Para La Tierra” qeyri-hökumət təşkilatından olan
həmkarları ilə birlikdə zəhərsiz ilanların yeni növünü aşkar
ediblər.

Trend xarici
KİV-ə istinadla xəbər verir ki, aşkar edilmiş növ Mərkəzi və Cənubi
Amerikada geniş yayılmış 15 yarı yeraltı növdən ibarət olan
Phalotris cinsinə aiddir.

Bu cinsin nümayəndələri qırmızı, qara və sarı zolaqlı parlaq
rəngləri ilə seçilirlər.

Mütəxəssislərin fikrincə, bu nadir növ “nəsli kəsilməkdə olan”
kateqoriyasına daxil edilməlidir. Adıçəkilən növdən yalnız üç canlı
aşkar edilərək sənədləşdirilib.

Teqlər: