Paraqvay senatorunun cəsədi göldə tapıldı

Paraqvay senatorunun cəsədi göldə tapıldı

Cənubi Amerika ölkəsi Paraqvayın tanınmış senatorlarından olan Zulma Qomezin meyiti Alto Parana bölgəsindəki Acaray gölündə tapılıb.

AzerTimes xəbər verir ki, bu barədə Paraqvay mətbuatı məlumat yayıb.

Məlumata görə, ölkənin cənub-şərqindəki Alto Parana bölgəsindəki Acaray gölündə cəsəd tapılıb. Tibbi ekspertizadan sonra cansız cəsədin 61 yaşlı senator Zulma Qomezə aid olduğu məlum olub.

Faktla bağlı araşdırmalar aparılır.

Teqlər: