“Tokio-2020” Yay Paralimpiya Oyunlarına lisenziya qazanmış Vəli İsrafilov Portuqaliyanın Madeyra şəhərində keçirilən böyüklər arasında üzgüçülük idman növü üzrə Avropa çempionatının qızıl medalına sahib olub.
AzerTimes-ın məlumatına görə, o, 100 metr məsafəyə brass üsulunda üzgüçülük yarışlarında 1 dəqiqə 4 saniyə nəticə ilə bütün rəqiblərini geridə qoyub.
Qeyd edək ki, Vəli İsrafilov Uşaq Paralimpiya hərəkatının üzvü olub və peşəkar karyerasını orada başlayıb.