Paralimpiyaçıların Tokio 2020-yə qazandıqları lisenziya sayı 34-ə çatıb

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə milli komandasının üzvləri Lamiyə Vəliyeva və Yuliya Yanovskaya reytinq xalları qazandıran yarışlarda yüksək nəticələr göstərərək Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarına lisenziya əldə ediblər.

Komitədən AzerTimes-a bildirilib ki, bu günə qədər Milli Paralimpiya Komitəsinin idmançıları Tokio 2020 Yay Paralimpiya Oyunlarına artıq 34 lisenziya əldə ediblər. Onlardan 11-i cüdo, 10-u atletika, 4-ü parataekvando, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündəndir.

Qeyd edək ki, 30 iyul tarixinə qədər Milli Paralimpiya komandasının lisenziya gözləntiləri var və onlar tədricən elan ediləcəklər.


Rio 2016 XV Yay Paralimpiya Oyunlarına Azərbaycan milli komandasının 22 idmançısı lisenziya qazanmışdır.

Teqlər: