Para-taekvandoçu Aynur Məmmədova Tokio 2020 Yay Paralimpiya Oyunlarında iştirak üçün lisenziyanı qazanıb.
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsindən AzerTimes-a verilən məlumata görə, para-taekvando idman növü üzrə milli komandasının üzvü Aynur Məmmədova (58 kq) Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən Avropa Təsnifat turniririn finalında ispaniyalı rəqibini məğlub edərək qızıl medala sahib olub və Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıb.
Bununla Milli Paralimpiya Komitəsinin idmançıları 5 idman növündə artıq 10 lisenziya qazanıblar (atletika – 3, üzgüçülük – 3, güllə atıcılığı – 2, pauerliftinq – 1, taekvando – 1)
Qeyd edək ki, para-taekvando idman növü ilk dəfə olaraq Paralimpiya Oyunlarının proqramına salınıb.