Salome Zurabaşvili Milli Bankın qərarını “Rusiyanın qərarı” adlandırıb. Bu sözlərdən sonra o, estoniyalı, latviyalı və ya litvalı həmkarına nə deməlidir? Onlarla namizədin hansı statusundan danışa bilər?
AzerTimes xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili prezidentin Avropa ölkələrinə səfərləri ilə bağlı deyib.
Papuaşvili qeyd edib ki, Zurabaşvili azad hərəkət edə, istədiyi ölkəyə gedə bilər:
“Lakin o, Gürcüstanı təmsil etmir, çünki onun belə təmsilçilik üçün müvafiq mandatı yoxdur. Təbii ki, prezidentin Konstitusiyanı kobud və açıq şəkildə pozması narahatedicidir və bu, yenidən baş verir. Konstitusiyaya və qanunlara əməl etmək nümunəsi olacaq prezident gürcü xalqının qoyduğu qaydaları nümayişkaranə şəkildə pozduqda bununla da özünü Konstitusiyadan kənarda qoyur. Belə hərəkətlər çox üzücüdür, amma bu bizim acı reallığımızdır. Hakim komanda prezidentin impiçmenti məsələsi ilə bağlı Konstitusiya Məhkəməsinin qərarını gözləyir. Maraqlıdır, bundan sonra prezidentin mövqeyi necə olacaq, Konstitusiya Məhkəməsi prezidentin konstitusiyanı pozduğu qənaətinə gəlsə, görəsən, o, bunu “Rusiyanın qərarı” hesab edəcəkmi?”.