Papuaşvili: Bakı ilə İrəvan arasında vasitəçiliyə hazırıq

Papuaşvili: Bakı ilə İrəvan arasında vasitəçiliyə hazırıq

Gürcüstan Ermənistan ilə Azərbaycan arasında münasibətlərin nizamlanmasında vasitəçi rolunu davam etdirməyə hazırdır.

AzerTimes xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ermənistanlı həmkarı Alen Simonyanla keçirdiyi brifinqdə deyib.

O bildirib ki, Cənubi Qafqazda sülh və əməkdaşlıq vacibdir:

“Gürcüstan Cənubi Qafqazın sülh və əməkdaşlıq üçün nümunəvi regiona çevrilməsi üçün Ermənistanla Azərbaycan arasında vasitəçiliyini davam etməyə hazırdır”.

Ş.Papuaşvili Qafqaz xalqlarının ən çətin anlarda belə müdrikliyi və əməkdaşlığı ilə sülhsevər gələcək quracaqlarına və bunu ilk növbədə gənc nəsillərə göstərəcəklərinə ümidvar olduğunu vurğulayıb.

Teqlər: